• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 16.11.2023 20:44

Mingəçevirdə şagirdlər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb

KepezTV Player

Mingəçevirdə şagirdlər arasında “Hepatit A” virusuna yoluxma aşkarlanıb. Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son bir həftə ərzində Mərkəzi Şəhər Xəstəxanasından 6 şagird barəsində bildiriş vərəqəsi daxil olub. Onlardan 4 nəfərdə "Hepatit A" virusu aşkarlanıb, iki nəfərin yoluxması hələlik təsdiqini tapmayıb. Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Rüstəm Aslanov uşaqların artıq Bakıda xəstəxanaya göndərildiyini qeyd edib. Xalq arasında “sarılıq” deyilən Hepatit A virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da virusa yoluxma riski daha çoxdur.