KepezTV Player
Ombudsman Səbinə Əliyeva ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Səbinə Əliyeva Birinci Qarabağ müharibəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyünü, onların taleyi barədə Ermənistan tərəfindən hələ də məlumat verilmədiyini qeyd edib. İşğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə məlumat verən Ombudsman dəfələrlə müraciət edilməsinə baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilmədiyini qeyd edib.
- Baxış: 181