KepezTV Player
“Avropa İttifaqı fərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri, bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır və bunun məsuliyyəti eyni zamanda Avropa İttifaqının üzərinə düşür”. Bu barədə Xarici İşlər Nazirliyinin Avropa İttifaqının ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə əsassız ittihamlarına cavabında deyilir. “Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq”, – deyə açıqlamada qeyd olunub.
- Baxış: 172