• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2177
— 13.11.2023 19:30

Fransanın Cənubi Qafqazda silah "oyunu"

KepezTV Player

Fransanın çoxdan göndərmək istədiyi silahlar Ermənistana doğru yol alıb. Sosial şəbəkələrdə Fransanın Ermənistan üçün nəzərdə tutulan hərbi texnikasının Gürcüstan ərazisindən keçərək hərəkətini əks etdirən görüntülər yayılıb. Özü də Azərbaycanla Ermənistan arasında sülhün və siyasi sabitliyin bərqərar olunmağa getdiyi bir vaxtda göstərilən silah yardımı Fransanın növbəti riaykarlığının nümayişidir. 

Tural İsmayılov- siyasi şərhçi: “Ermənistan siyasəti daim Azərbaycan və türk dünyasına qarşı istənilən bir məqamda provakasiya üçün Ermənistanı istifadə etməyə yönəlmiş Fransanın Ermənistanı silahlandırması bölgədə yeni gərginlik ocaqlarının yaranmasına, həmçinin Ermənistan vasitəsilə Rusiya və regionun digər ölkələrinə qarşı da növbəti ssenarini həyata keçirmək deməkdir”.

Burada təəssüfedici məqam hərbi yardımın Gürcüstan üzərindən çatdırılmasıdır. Rəsmi Tbilisi ilə münasibətlərdəki mövcud vəziyyəti nəzərə alsaq, Gürcüstanın tranzitə şərait yaratması məyusluq yaradır. 

Yeganə Hacıyeva- politoloq: “Gürcüstan özü öz ərazisindən silahların daşınmasına maraqlı olmamalıdır. Çünki bu, Gürcüstan ərazisinin istifadə olunması ilə bağlı yükdaşımalarda xoşməramlı istifadə və yaxud da təhlükəli yüklərin qarşısının alınması ilə Gürcüstanın öhdəlik və məsuliyyətləri var ki, bunu pozur. Amma bu kimi məsələlər meydana, aşkara çıxanda Gürcüstan daha çox bu akta reaksiya verir. Fikirləşirəm ki, bu dəfə də məhz Gürcüstanın ərazisindən istifadə olunmaqla Ermənistana silahların daşınmasının qarşısını Gürcüstan hökuməti almalıdır”.

Hadisələrin bu cür inkişafı nəticəsində bölgədə yarana biləcək gərginliyə Fransanın səbəbkar olduğu aşkardır. Gürcüstanın bu işə şirnikləndirilməsi ilə yanaşı silahlandırma oyunu, həm də Türkiyəyə qarşı növbəti təxribat sayıla bilər. 

Şair Ramaldanov- hərbi ekspert: “Ermənistan üçün çox böyük problemlərə gətirib çıxaracaqdır. Düşünürəm ki, bu yol, Ermənistanın səhv yoludur. Çünki Ermənistanın ən düzgün yolu sülh müqaviləsi bağlayıb, regionda olan dövlətlərlə münasibətləri, o cümlədən Azərbaycan-Türkiyə münasibətləri yaxşılaşdırmasından keçir. Əgər nəzərə alsaq ki, Avropanın bu regiona gəlməsi Ermənistanın ətrafında olan bütün ölkələrin marağında deyil və Ermənistanı hansı günlər gözləyəcəyini düşünə bilərik”.

Təəssüflə demək olar ki, reallıq Ermənistanın Fransa tərəfindən çirkin oyunun aktyoruna çevrilməsidir. Ancaq yaddan çıxmayan nüans odur ki, Azərbaycana qarşı yönələn siyasət 3 il bundan öncəki kimi “Dəmir yumruq”la üzləşəcək. 

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Müraciət edirəm - ağlınızı yığın başınıza, “Dəmir yumruq” yerindədir. Heç bir yerə getməyib. Bizi əsəbləşdirməyin. Özünüzü yaxşı aparın. Yaxşı aparsanız, yaşayacaqsınız. Yox əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, başınızı əzəcəyik. Heç kimə baxmadan, heç kim də sizi müdafiə edə bilməz!”.

Elnur Vahidoğlu