• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1758
— 09.11.2023 19:43

Əməli ilə bayraq sevgisini göstərən müharibə iştirakçısı

KepezTV Player

Goranboy rayonunun Qaradağlı kəndinin girişindəki ev hər kəsin diqqətini çəkir. Ev quruluşuna görə yox, dam örtüyünə görə digərlərindən fərqlənir. Dam örtüyündə Azərbaycanın dövlət bayrağının tərənnüm edilməsi Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edən İlqar İsmayılovun əl işidir. Vətənə, torpağa, bayrağa olan sevgisindən irəli gələn bu addım bir növ örnək də sayıla bilər. Həm döyüşçü, həm də həkim kimi müharibədə iştirak edən İlqar İsmayılov Xankəndi ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Müharibə iştirakçısı indi azad olan Xankəndidə bayrağımızın dalğalanmasından qürur hissi keçirir.

İlqar İsmayılov- Birinci Qarabağ müharibəsinin iştirakçısı: “O bayraqları şərəflə qaldırardıq. Mənim içimdən gəlir. Dam örtüyünü bu cür etməkdə məqsədim, gələcək nəsil üçün bayrağı tam mükəmməl sevmək, həmişə uca yerlərdə dalğalandırmaqdır. O, bizim şərəfimizidir. Biz Ağdərəni ala-ala getdik və Xankəndinin girişində 1992-ci ilin avqustun 23-də yaralandım. Xankəndini aldıq və orada parad keçirildi. Dünən o qədər rahat nəfəs aldım. Bu gün də sevinirəm. Sevincimində həddi-hüdudu yoxdur”.

İlqar İsmayılov kimi onun qohumları da Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Özü də vətən müharibəsində, Şuşanın azad edilməsində qəhrəmanlıq göstəriblər.

Araz Rəhimov- Vətən müharibəsinin iştirakçısı: “Vahid komandanlıq altında bizim ordumuz irəlilədi. Erməniyə lazım olan cavab verildi. Bayrağımızla fəxr edirik, həmişə ucalarda olsun. Həmişə İlqar əmimin dəstəyi ilə kəndin hər yerində bayraqlar köhnəldikcə təzələnir. İlqar əmimin evinin dam örtüyü bayraqla rənglənib. Bu da bütün kənd camaatına örnəkdir. Nümunədir gənc nəsil üçün, bayrağımızla fəxr edirik”.

Elə Dövlət Bayrağı Günündə bayrağımıza, torpağımıza, şəhidlərimizə olan sevgini Qaradağlı kəndindən olan istər Birinci Qarabağ istərsə də İkinci Qarabağ müharibəsi iştirakçıları əyani sürətdə nümayiş etdirirlər. 

Elnur Vahidoğlu