• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1202
— 08.11.2023 13:12

Bakıda Zəfər yürüşü keçirilib

KepezTV Player

8 Noyabr - Zəfər Günü münasibətilə Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri də yadda qalan olub. Yürüşlər 4 marşrut üzrə keçirilib.

Laçında Zəfər günü ilə bağlı yürüş keçirilib

Laçında da Zəfər Günü münasibəti yürüş keçirilib. Bayraq Meydanından başlanan yürüşdə Laçın sakinləri ilə yanaşı, hərbiçilərimiz iştirak edib. Orkestrin müşaiəti altında keçirilən yürüş Laçın şəhərinin Seyrəngah adlı ərazisinə qədər davam edib.

Zəngilanda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

Hərbçilərin Zəfər yürüşü Zəngilan rayonunda da təşkil edilib. Yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub. Bundan başqa, Füzuli və Bərdədə müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.