• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 08.11.2023 13:06

Xankəndi şəhərində Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

KepezTV Player

İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsi tarixi hadisədir. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Bunu Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib. Dövlət başçısı hərbi paradı izləyib.