KepezTV Player
Prezident İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü keçirilib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə nahar əsnasında geniş tərkibdə görüş olub. Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılanıb. Qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Xorvatiyanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olaraq, Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğulanıb.
- Baxış: 236