• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 959
— 05.11.2023 20:47

XİN başçıları birgə mətbuat konfransı keçiriblər

KepezTV Player

Azərbaycan yenə də hesab edir ki, Ermənistanla münasibətlərin normallaşdırılmasının, sülhün alternativi yoxdur. Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycanın bu barədə son təşəbbüslərinə hələ Ermənistan tərəfindən cavab verilmədiyini deyib.

Nazir almaniyalı həmkarından Şuşa və Xankəndinin adlarını düzgün səsləndirməyi tələb edib.

Ceyhun Bayramov Almaniyalı həmkarının Şuşa və Xankəndinin adını çəkərkən bu şəhərlərlə bağlı ikinci adlar da işlətməsinə münasibət bildirib. XİN başçıları birgə mətbuat konfransı keçiriblər.

Məbuat konfransı zamanı Almaniya Xarici işlər naziri Annalena Berbok Qarabağın Azərbaycan ərazisi olduğunu dəstəklədiyini söyləyib. Eyni zamanda Almaniyanın Azərbaycanla Ermənistana ortaq yol tapmaq üçün öz əlaqələndirici rolunu təklif etdiyini qeyd edib.

Annalena Berbok- Almaniyanın Xarici işlər naziri: “Biz - Almaniya Aİ tərəfdaşı olaraq ortaq yol tapmaq üçün öz əlaqələndirici rolumuzu təklif edirik. Hər iki ölkədəki görüşlərimdən sonra təəssüratım odur ki, tərəflər buna açıqdır. Biz gələcəkdə bu istiqamətdə işləyəcəyimizə ümidliyik. Cənubi Qafqaz regionunda sülhə ehtiyac var”.

"Qanunsuz rejim təxminən 480 km. ərazini minalayıb"

Ermənitanın Qarabağ ərazilərini minalaması da diqqətdə saxlanılıb. Nazir Problemin tam həcmini öyrənmək üçün zaman lazım olduğunu vurğulayıb. Ancaq ilkin hesablamalara görə, son üç il ərzində Qarabağdakı qanunsuz rejim Ermənistanın dəstəyi ilə 480 kilometr ərazini "təmas xətti" fəlsəfəsi ilə minalayıb, minaların dərinliyi hətta 2 kilometrə çatır. Bu isə o deməkdir ki, 960 kvadrat kilometr ərazi minalıdır.

Azad Mustafayev