KepezTV Player
Artıq Türk dövlətləri arasında siyasi birlik var. Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik dünya ölkələri üçün birliyimizin ən böyük sübutu oldu. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana səfərindən dönüşü zamanı mediaya açıqlamasında bildirib. “Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları açmaq, təsirli və qalıcı həll yolları irəli sürmək üçün dünyanın yüksələn gücünə çevrilir. Biz gələcəyi daha əhatəli dünya qurmaq üçün daha çox çalışacağıq. Çünki dünyanın ümidi türk dövrünədir”, - deyə Ərdoğan qeyd edib.
- Baxış: 256