• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1328
— 08.11.2017 13:03

Qadın həyat yoldaşını amansızcasına qətlə yetidi

KepezTV Player

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb. Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nigahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb.

 

Zülfiyyə Telmanqızı