KepezTV Player
Türkiyə Superliqasının 11-ci turunda Beyoğlu derbisi baş tutub. “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı minimal hesabla məğlub edib. Matçın 33-cü dəqiqədə afrikalı Vilfrid Zahanın sayəsində “Qalatasaray” bərabərliyi pozub. Birinci hissədə başqa qol olmayıb. 51-ci dəqiqədə “sarı-qırmızılar” fərqi artırıblar: Zaha növbəti qola imza atıb. Cəmi 3 dəqiqə sonra “Kasımpaşa” “Qalatasaray”ın üstünlüyünü azaltsa da, matçda başqa qol olmayıb. Beləliklə, Beyoğlu derbisi “Cim-Bom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
- Baxış: 218