Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib. Ulu Öndərin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarxın nümayişi ilə başlayan tədbirdə icra başçısı Vüqar Novruzov Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Azərbaycanı tənəzzüldən, durğunluqdan, xaosdan çıxararaq inkişafa, tərəqqiyə doğru apardığını xatırladıb. Dahi şəxsiyyətin xalq qarşısındakı tarixi xidmətlərinin əvəzsiz olduğu vurğulanıb. Ömrünün hər anı ilə ölkəmizin siyasi təqvimində özünəməxsus yeri olan ümummilli liderin Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuza və söz sahibinə çevirdiyinə diqqət çəkilib. Heydər Əliyevin şah əsəri olan Azərbaycanın Vətən Müharibəsində qazandığı tarixi Qələbədən danışılıb. Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsi YAP Naftalan şəhər təşkilatına hədiyyə edilib.
Fərid Mehdiyev
- Baxış: 272