• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2277
— 01.11.2023 16:09

Azad edilən ərazilərə köçürülən sakinlərin 70 %-nin məşğulluğu təmin edilib

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri bundan sonra da genişlənəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsindən sonra şəhid ailəsi üzvləri və müharibə veteranı olan 103 min şəxsə 115 min sosial sosial ödəniş təyin olunub. 20 min şəxs üçün məşğulluq tədbirləri görülüb. Şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5300-dən artıq mənzil və fərdi ev verilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Azad edilmiş ərazilərə köçürülən sakinlərdən əmək qabiliyyətli olanların təqribən 70%-nin artıq məşğulluğu təmin olunub.