Prezident İlham Əliyevin Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb. Dövlət başçısı müraciətində Azərbaycanın 21-ci əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığını vurğulayıb. Fransa kolonializminin utancverici yeni metodlarının bu gün də davam etməsindən təəssüfünü bildirib. Prezident İlham Əliyev Fransanın dünyada ən çox mina istifadə edən ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğuna diqqət çəkib. Azərbaycan Prezidentinin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması beynəlxalq ictimaiyyətin yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.
- Baxış: 237