• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 30.10.2023 16:46

2 ay ərzində 19 nəfər saxlanılıb

KepezTV Player

Goranboyda narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, quldurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədənlər saxlanılıblar. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabr-oktyabr ayları ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı ümumilikdə 18 nəfər yaxalanıb. Həmin şəxslərdən 3-ü narkotikə görə tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.