• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 836
— 30.10.2023 16:44

İrandan Azərbaycana 52 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX məlumat yayıb. Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9980 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.