Ermənistanda əsirlikdə olan hərbçilərimizlə bağlı bu yaxınlarda Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları üzrə komissarı qarşısında məsələ qaldırılıb. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva jurnalistlərə açıqlamasında belə deyib. O, məsələ ilə bağlı xəbər gözlənildiyini qeyd edib. Ombudsman antiterror tədbirlərindən sonra saxlanılan erməni separatçıların vəziyyətindən də danışıb.
Səbinə Əliyeva- Ombudsman: "Biz mütəmadı olaraq baş çəkmələr həyata keçiririk. Və belə bir baş çəkmələr zamanı, o cümlədən siz qeyd etdiyiniz saxlanılan şəxslərlə görüş keçirilmişdir. Onların bütün hüquqları təmin olunubdur. Azərbaycan dövlətini siyasətidir. Hər bir saxlanılan şəxsə qarşı biz bu həsasslıqla yanaşırıq və o cümlədən də bu şəxslərlə ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmışdır. Tərcüməçi ilə təmin olunublar. Həm də digər bütün onlara şamil olunan bütün hüquqlar təmin olunub".
- Baxış: 163