• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 943
— 29.10.2023 20:15

Törədici toxumların tərkibini öyrənməkdə yeni avadanlıqlardan istifadə edilir

KepezTV Player

Respublika Süni Mayalanma Mərkəzinin laboratoriyası üçün xaricdən yeni avadanlıq gətirilib. Müasir aparatın köməkliyi ilə vaxt itirmədən törədici toxumun tərkibinin öyrənilməsi mümkündür. Həmçinin heyvanın toxumunun nə qədər qala bilməsi və ondan nə qədər törədici toxum götürülməsini əvvəlcədən öyrənmək olur. Hüceyrələrin effektlilik dərəcəsini də müəyyənləşdirmək mümkündür.

Elton Əbdürrəhmanov- Respublika Süni Mayalama Mərkəzinin direktoru: “Bura süni mayalanma üçün lazım olacaq bütün laborator avadanlıqlarla təchiz olunmuşdur. Artıq embrion üçün də lazım olan laborator avadanlıqlar gətirilib. Fransa və Almaniya texnologiyaları üzərində qurulmuş bir laboratoriyadır. Laborator avadanlıqlar bizə imkan verir ki, bu, daha avdomatlaşdırılmışdır və az işçiyə ehtiyac vardır. Özü həm analoji, həm də praktik analizləri bizə dəqiqliklə vermiş olur”.

Yeni gətirilən digər avadanlığın köməkliyi ilə heyvanın cinsinin uyğunluğunu öyrənmək mümkündür. Aparat ilə dəqiq analizlər aparılır. 

İslam Məmmədov- baş baytar həkim: “Bu cihazlar avtomatik olaraq toxumun sıxlığını, yəni 1 millidə nə qədər hüceyrə var, onu bizə deyir. Bizə lazım olan durulducuları deyir. Biz nə qədər paet hazırlamalıyıq və o paetin miqdarını deyir”.

Əvvəllər törədici toxumun hərəkəti bal sistemi ilə qiymətləndirilirdi ki, bunun da nəticəsini dəqiq vermək mümkün deyildi. Yəni gözəyarı qiymət verilirdi. Burda da düzgün nəticə əldə etməkdə çətinliklər yaranırdı. Yeni “İVOS 2” aparatı ilə bu problem aradan qaldırılıb.

Nadir Musayev- baytar həkim: “”İVOS 2” aparatının üstünlükləri ondan ibarətdir ki, burada ümumi hərəkətliliyi aparat özü bizə dəqiq rəqəm olaraq verir. Həmçinin düzünə hərəkət edən spermaziotları faiz nisbətinə çıxararaq dəqiq rəqəmləri verir. İlkin olaraq müayinədə ümumi hərəkətlilik 80 faiz götürülür, proqressiv hərəkət isə 40 faiz götürülür. Ondan aşağı faizdə olan spermatoziodlər isə istehsala yararsız sayılır və çıxdaş edilir”.

Respublika Süni Mayalanma Mərkəzində ətlik və südlük istiqamətində 17 baş buğa və 1 kəl saxlanılır. Fransa, Norveç, Avstriyadan gətirilən buğalardan il ərzində tələbata uyğun olaraq təxminən 150 minə yaxın törədici toxum götürülür. Ötən ildən Mərkəzdə Respublikada ilk dəfə olaraq embrion transfer mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə embrion köçürmə ilə 12 cins bala alınıb.

Elnur Vahidoğlu