• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 29.10.2023 20:02

Bu gün Türkiyə Respublikasının qurulmasının 100 illiyidir

KepezTV Player

1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-ci ildə bu günün Türk dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə bu illər ərzində böyük tarixi yol qət edib. Bu günün Türkiyəsi 20 il, hətta 10 il əvvəlin Türkiyəsindən daha güclü, o cümlədən sürətlə inkişaf edən milli hərbi sənayesi ilə daha da qüdrətlidir. Bu gün tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə bölgədə və dünyada öz mövqeyini qoruyub saxlayır. *** Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri ölkə tarixinin ən böyük paradını keçirib. Minlərlə vətəndaş əlində Türkiyə bayrağı, Atatürkün fotoşəkili və məşəllərlə Respublika Meydanındakı Atatürk abidəsinə doğru yürüş ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət rəsmiləri ilə birlikdə Atatürk mavzoleyi Anıtkabiri ziyarət edib. Daha sonra Cümhuriyyətin elan edildiyi ilk parlament binasında keçirilən mərasimdə iştirak edib.