Fransa Prezidentinin Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclası çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi qərəzli iddialarını rədd edirik. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "Fransa heç vaxt uğurlu vasitəçilik səyləri aparmayıb və onun keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə vasitəçiliyi Minsk Qrupu ilə birlikdə başa çatıb. Fransa Ermənistana yalan vədlər vermək əvəzinə, düzgün istiqamət versəydi Azərbaycana qarşı olan təhdidi güc yolu ilə həll etməyə ehtiyac olmazdı və məsələ sülh yolu ilə həll olunardı. Fransa bölgəmizdə sülhə mane olan təcavüzkar Ermənistanı silahlandırmaq məqsədi daşıyan məkrli siyasətinə son qoymalıdır", - deyə Nazirlikdən qeyd edilib.
- Baxış: 210