• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 28.10.2023 16:08

Azərbaycan regionda uzunmüddətli sülh istəyir

KepezTV Player

Avropa İttifaqı son bəyanatı ilə Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması və Cənubi Qafqazada təhlükəsizliyin möhkəmləndirilməsi səylərinə sadiq olduğunu nümayiş etdirir. Qurum sülh müqaviləsinin imzalanması istiqamətində yaranmış imkanı itirməmək istəyir. Bunun üçün isə ilk növbədə Ermənistanla ciddi iş aparmalı, rəsmi İrəvanın sülh istədiyini açıq şəkildə nümayiş etdirməyə vadar etməlidir. Tərəflərin ilin sonunadək sülh müqaviləsini imzalamaq üçün edilən çağırış pozuculuq və destruktiv yanaşma ortaya qoyan Ermənistana daha çox xeyir verə bilər. Çünki Şarl Mişelin vasitəçiliyi ilə aparılan sülh danışıqlarını Ermənistan pozur.

Vaxt Ermənistanın əleyhinə işləyir

Brüssel platformasını dəstəkləyən Azərbaycan sülh sazişinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan isə sülh sazişindən yayınmaq üçün ən müxtəlif bəhanələr irəli sürüb, pozuculuq üçün qəbul edilməsi mümkün olmayan təkliflər və iddialarla çıxış edib. İrəvanın məqsədi sülh danışıqlarının ya sonsuza qədər uzadılması, ya da pozulmasıdır. Odur ki, əgər Avropa İttifaqı regionda sülhün yaranmasını səmimi istəyirsə, İrəvana təsir göstərməlidir. Çünki Ermənistanın əvəzinə başqa dövlətlərin və beynəlxalq təşkilatların belə bir addım atmasını gözləmək düzgün deyil.