• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 28.10.2023 16:03

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan üç il ötür

KepezTV Player

44 günlük Vətən müharibəsi dövründə Bərdə şəhərinin növbəti dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci il oktyabrın 28-də Ermənistan tərəfinin Beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından zərbələri nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb. Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib. Bu gün Bərdə terroru qurbanlarının xatirəsi yad edilib.

Hadisə şahidi Elçin Şirinov:  Burada dükanlar dağıldı maşınlar yandı.Ayıldım ki, yəni rolun üstündə. Ayağımın biri sallanır. Yəni bədənimin 85 faizində zərər var. Bir qılçamın birini itirmişəm. Bugündə anım günüdü. Hər gün burada oluraM . Yəni öz evimdə bura yaxındı. . Hər gün bu hissləri yaşayırıq. Yaddan çıxmaz bu yəni 

Hadisə şahidi Lalə Paşayeva: Yoldaşım bankda çalışırdı . Kredit mütəxəssisi idi. Bankda öz işinin başında ikən raket atıldı və başında qəlpə yarası aldı. 9 gün komada qaldı. Və noyabr ayının 5 i şəhidlik zirvəsinə ucaldı. Bura yığılmaqda məqsədimiz də şəhidlərimizi unutmayaq . Biz hər il bura yığışırıq . Bu il dördüncü ilimizdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.