KepezTV Player
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 32 nəfərə yüksəlib. 14 şaxtaçının axtarışları davam etdirilir. Hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Qazaxıstanda 29 oktyabr ümummilli matəm günü elan olunub.
- Baxış: 187