Türkiyənin Gəncədəki Baş Konsulluğunda Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə sərgi nümayiş olunub. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov, Baş konsul Recep Öztop, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Türkiyə Cümhuriyyətinin yaranma tarixindən, o cümlədən Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətinin inkişafından bəhs olunub. Daha sonra Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Nəzrin Məmmədovanın “Cümhuriyyət 100 yaşında” adlı fərdi rəsm sərgisi nümayiş olunub. Yağlı boyalardan ibarət rəsm əsərlərində Türkiyənin tarixi, o cümlədən ölkələrimiz arasında olan qardaşlıq münasibətləri əks olunub. Sərgi tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Nəzrin Məmmədova- rəssam: “Əsas Türkiyənin 100-cü ildönümünü əks etdirirdi. Digərləri isə sadə yanaşma idi. Mən şəxsən fəxr hissi duyuram ki, bu yaşımda belə bir sərgim keçirildi. Türkiyənin milli mücadiləsini əks etdirirdi, hamısı əsas fraqmentlər idi. Məsələn, Atatürkün BMM –dəki ilk çıxışı və ya Seyid onbaşının top mərmisini daşımağı”.
Pərvin Abbaszadə
- Baxış: 265