Dərələyəz mahalı Qərbi Azərbaycanın ən gözəl guşələrindən biridir. Təsadüfi deyil ki, 19-cu əsrdə bu bölgədə ilk statistikanı aparan çar məmuru İvan Şopen Dərələyəz mahalı və Ordubad dairəsini Cənubi Qafqazın İsveçrəsi adlandırıb. Bu mahalda Azərbaycanın böyük bir tarixi yatır. Bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana doğru Vətən bizi səsləyir” mövzusunda keçirilən tədbirdə deyib. Qeyd edib ki, gec və ya tez qərbi azərbaycanlılar doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar.
Əziz Ələkbərli- Qərbi Azərbaycan İcmasının sədri: “Bizim son 200 illik həqiqətlərimiz hər kəsə məlum olmalıdır. Hər kəs bilməlidir ki, o insanlar son 200 ildə o torpaqlardan ermənilər tərəfindən onların havadarları tərəfindən vəhşicəsinə qovulub və bu insanların öz ata-baba yurdlarına qayıtması, bu insanların beynəlxalq haqqıdır, insani haqqıdır, hüququdur və heç bir beynəlxalq hüquq onlara yox deyə bilməz və Ermənistan da ermənilər də onların havadarları da bilməlidir ki, gec-tez bu insanlar mütləq öz ata-baba yurdlarına qayıtmalıdırlar və qayıdacaqlar. Təbii ki, bu kiməsə xoş gələ də bilər, gəlməyə də bilər”.
Azad Mustafayev
- Baxış: 402