• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 26.10.2023 21:15

Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib

KepezTV Player

 Dövlət başçısı stansiyanın açılışını əlamətdar hadisə adlandırıb. Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə görə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik edib. Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük planlarının olduğunu vurğulayıb. "Tam əminəm ki, bizim bütün planlarımız həyata keçəcək. Bugünkü mərasim faktiki olaraq bunu nümayiş etdirir" - deyə Prezident bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyev: Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Bu sözləri Azərbaycan Prezidenti stansiyanın rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının istismara verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub

 

Azərbaycan  Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.  

Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Qaradağ Günəş Elektrik Stansiyasını işə salıblar. 

“Masdar” şirkəti tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı Prezident İlham Əliyevə təqdim olunub.