• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 26.10.2023 10:46

Qubadlı şəhəri günü

Tariximizə nəzər salsaq görürük ki, vətəndaşlarımız, soydaşlarımız istəmədən, məcburi şəkildə öz doğma yurdundan, yuvasından köçkün düşmüşdü. İndi isə üz tutaq Qubadlıdan məcburi köçkün düşən İlqar Bəyə. Görək, o, Qubadlıda keçən illlərini necə xatırlayır.

İlqar Məmmədov- Qubadlı rayonu, Alaqurşaq kədinindən məcburi  köçkün: “Mən Qubadlıda anadan olmuşam, orta məktəbi də orda bitirmişəm. Uşqalıq illərim kəndimizdə keçib. Sonra Gəncədə “Kənd  Təsərrüfatı  İnstitutu”nu bitirmişəm. Sonra qayıdıb getmişəm öz rayonumuza. Qubadlıda böyük xatirələrim var. Futbol oynayırdıq  uşaqlarla, mən də gəşəng futbol oynayırdım. Top qabağında qaçanda, heç kim mənə  çata bilmirdi. Elə həmin vaxtlar muharibə başlamışdı. Ancaq müharibə getməyinə baxmayaraq, məndə həmişə inam var idi ki, biz heç vaxt məğlub olmarıq. Sonra elə bir vəziyyət yarandı ki, ermənilər 80 tankla bizim rayonun üstünə hücuma keçdilər. Kim harda idi - məktəbdə, evdə, çayçıda, iş yerində, elə ordan da qaçmağa başladılar. Ordu camaatdan qabaqda gedirdi, camaat da ordunun arxasınca. Hamımız yollara düşdük, hərə bir maşınla, traktorla, kimin qabağına nə keçdi onunla gəldik Beyləqanın pambıqlığına. Heç nə də götürməmişik, elə uşaqların əlindən tutub çıxmışdıq. O vaxt saçımız qara idi, uşaqlarımız körpə idi. İndi saçlarımız ağarıb. İki körpə uşaqla gəlmişdim, indi isə beş nəvəm var. Torpaqlarımız alınıb, bu da dövlətimizin siyasətidir. Allah qoysa evlərimizi rahat tikdirərlər, biz də gedib çatmayan nə varsa, yaşımız çox olsa da, əlimizdən gələni  bir təhər düzəldəcəyik”.

 Əsgərova Günay