• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 26.10.2023 09:09

"Etnik təmizləmə" təbliğatı iflasa uğrayır

KepezTV Player

Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıb.Britaniya Parlamentinin İcmalar Palatasında Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə toxunulub və Leo Dokertiə Qarabağda 50-1000 nəfər aralığında insanın qaldığına dair sual ünvanlanıb.Nazir bunda etnik təmizləmə əlamətlərinin olması ilə razılaşmayıb. “Xeyr, mən razı deyiləm. Amma deməliyəm ki, Xarici İşlər Nazirliyi hər iki tərəfi dialoqu bərpa etməyə çağırıb. Danışıqlar davamlı sülh üçün əsas olacaq”.