Zəli vasitəsilə müxtəlif xəstəliklərin müalicə edilməsi hələ qədim zamanlardan başlayıb. Təbabətdə onu "hirudoterapiya" adlandırırlar. Əslində zəli ilə müalicə təkcə xəstələr üçün deyil, sağlam olanlar üçün də faydalı hesab edilir. Çünki daxili orqanlar yaxşı qidalanır və damarlarda elastiklik yaranır. Xalq təbabəti sayılan bu üsulun hələ də aktual olduğunu əczaçılar da təsdiqləyir.
İradə Həsənova- əczaçı: “Müraciətlər çox olur. Çünki istər-istəməz xalq təbabətidir. Elə adamlar var ki, dərmana elə inanmır, nəinki zəliyə. Gün ərzində də bizdə elə olur ki, 500 dənə gedir, elə olur ki, 100 dənə də olur. Amma bizdə hər gün zəlinin satışı var”.
Məlumata görə zəlinin ağız suyundakı maddələr orqanizmdə təbii ağrıkəsicilərin istehsalını artırır. Həmin maddələr isə ağrıkəsici gücünə görə morfindən 200 dəfə üstündür. Ona görə də uzun müddət üzücü ağrılardan əziyyət çəkənlər üçün zəli xüsusilə faydalıdır. Bu fikri elə şəhər sakinləri də təsdiq edir.
Mütəxəsislər deyir ki, zəli qoyulması altsheymer, skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmasının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir. Zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində zəli terapiyası yaxşı təsir göstərir. Bu müalicə formasından istifadə edənlərin qanı normadan artıq laxtalanmır, tromblaşmır.
Elvira Qapaqova- həkim: “Zəlilərin ağız suyunda hirudun deyə bir maddə var. Bu maddənin sayəsində yerli qan dövranı yaxşılaşır, silkulyator fəaliyyəti artır. Və bunun sayəsində həmin toxumlarda yəni zəlinin dişlədiyi yerlərə hirudin maddəsi keçir orada qan dövranı sirkulyasiyası yaxşılaşır, ödəm azalır, iltihab keçir və ağrı azalır. Qanazlığı olan insanlar yəni anemiyadan əziyyət çəkən insanlar, təzyiqi aşağı olan insanlar, süd verən insanlar, hamilələr və kiçik uşaqlarda, uzun müddət xəstəlikdən əziyyət çəkən insanlara bu terapiya əks göstərişdir”.
Mütəxəssislər deyir ki, insanların bu vasitədən özbaşına istifadəsi məsləhət görülmür. Zəlini mütəxəssis təyin etməli və onun qoyulması sistemli şəkildə aparılmalıdır. Bundan başqa zəli qanın laxtalanmasına təsir etdiyinə görə 6 aydan bir istifadəsi tövsiyə olunur.
Aişə Rzayeva
- Baxış: 393