• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 23.10.2023 14:24

Laçında Ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir

KepezTV Player

Laçında 130 hektar ərazidə yeni meşə zolağının salınması planlaşdırılır. Bu barədə Laçın şəhərində Ekoloji məsələlər üzrə işçi qrupun iclasında bildirilib. İçməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Qarabağda kəhrizlərin bərpası müzakirə edilib. Şəhərdə icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələlərindən danışılıb.