KepezTV Player
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Atatürk-2023” birgə taktiki təlimi başlayıb. Təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri cəlb olunub. Azad olunmuş ərazilər, Naxçıvan və Bakıda reallaşan təlimdə diqqət şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
- Baxış: 204