Tredmil cihazı ürəyin işemik xəstəliklərinin erkən diaqnostikasında istifadə edilir. Buna fiziki yük sınağı da deyilir. Yəni qaçış testi edilərək kardioloji müayinə aparılır. Bu da xəstəlikləri dəqiq və vaxtında aşkarlamaq imkanı yaradır. Ürəyin hərəkətli görüntüsünü əldə etmək üçün verilən Exokardioqramma aparatı ilə isə müxtəlif vəziyyətlər qiymətləndirilir.
Nailə Zərbəliyeva- şöbə müdiri: “Exokardioqramma aparatının çox böyük üstünlükləri var. Biz bunlarla həm uşaqlara, həm də böyüklərə baxa bilirik. Lazımi vaxtı yerində düzgün diaqnostika edib, xəstələrə lazımi yardımlar da edə bilirik. Digər aparatlar da gətirilib. Hansı ki, xəstənin stenokardiya, artimiya və başqa xəstəliklərin diaqnostikasında bizə köməkçi vastədir”.
Bu aparatların köməyi ilə ürək ritminin pozulması, miokard infarktı və koronar arteriya kimi xəstəlikləri aşkarlamaq mümkün olur. Bundan başqa müayinələrin xəstələr və onların yaxınları tərəfindən izlənməsi üçün xəstəxanaya 12 monitor da verilib.
Elyanura Mirzəliyeva- sakin: “Mən gəldim, buranın aparatları ilə müayinələrdən keçdim. Aparatları çox yaxşıdır. Bir ildir ki, həkimin xəstəsiyəm. Yaxşı həkimdir, müalicəsi düşərlidir”.
Namiq Məmmədov- sakin: “Şəmkir rayonundan gəlmişəm. Bu xəstəxanada yatmışam. Bu yeni aparat da çox yaxşıdır. Ürəyimi də “EXO” elətdirib göstərmişəm”.
İmran İsmayılov- sakin: “Yeni aparat gətiriblər. Çox yaxşı da baxırlar. Yaxşı həkimdir, yaxşı da müalicə düşür”.
Tağı Həsənov- sakin: “Yeni aparatların çox köməyi var. Ürəyim dünən gələndə döyüntüdən dura bilmirdim. İndi yox, artıq normallaşıbdır. Allahın köməyi ilə bəlkə sabah çıxdım”.
Yeni avadanlıqlar xəstəxananın təyinatı üzrə üç şöbəsində fəaliyyət göstərir. Bu da gün ərzində 120-dən yuxarı vətənda xidmət etmək imkanı yaradır.
Elnur Vahidoğlu
- Baxış: 282