• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 21.10.2023 19:02

Təlimdə aviasiya vasitələri ilə müxtəlif tapşırıqlar məşq etdirilir

KepezTV Player

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir. Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması üzrə tapşırıqları yerinə yetirirlər. Ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.