Azərbaycan Dövlət Aqrar Universitetində Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibətilə tədbir keçirilib. Tədbirin əvvəlində ölkə başçısının prezidentliyi dövründə gördüyü işlər, ən əsası Azərbaycana qazandırdığı zəfəri əks etdirən kadrlar nümayiş etdirilib. Çıxışlarda ölkəmizi dünya arenasında qalib ölkəyə, müzəffər xalqa çevirən dövlət başçısının qətiyyətindən, siyasi fəaliyyətindən danışılıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə sosial sahədə mühüm islahatların aparıldığı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar xatırladılıb. Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirəm ölkə rəhbərinin uğurlu daxili və xarici siyasət yürütdüyü, bunun da nəticəsində Azərbaycanın adının inkişaf edən ölkələrlə birgə çəkildiyi diqqətə çatdırılıb.
- Baxış: 211