KepezTV Player
Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni elektrik stansiyasının tikintisi üzrə aparılan əsas infrastruktur işləri 90-95 % yerinə yetirilib, layihənin yekunlaşdırılması isə 2024-cü ilin sonuna qədər nəzərdə tutulub. Bunu "Azərenerji" ASC- nin sözcüsü Teymur Abdullayev deyib. Yeni elektrik stansiyası və “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 % artırılaraq 56 %-ə çatdırılacaq, 800 milyon kubmetr qaza qənaət olunacaq.
- Baxış: 509