KepezTV Player
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Tovuz rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edən narkokuryerlər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakinləri Vüqar Məmmədov və Etibar Zeynalov Tovuza gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul qarşılığında respublikanın digər şəhər və rayonlarına çatdırmağa razılaşıblar. Etibar Zeynalova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq olan marixuana aşkar edilərək götürülüb və müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Baxış: 228