KepezTV Player
Bir ay əvvəl Bakıda müəssisədə iki nəfərin iş zamanı ölüm faktına görə cinayət işi açılıb. Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölmələri faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.
- Baxış: 246