KepezTV Player
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Avtoqolun qeydə alındığı oyunda komandamızın digər qollarını 41-ci dəqiqədə penaltidən Nəriman Axundzadə və 90+1-ci dəqiqədə Ağadadaş Salyanski vurub. Millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.
- Baxış: 234