Məşqçi Yaşar İsgəndərovun məşq bölməsinin döyüşçülərindən ən yüksək nəticəni Türkiyədə keçirilən Avropa çempionatında Baba Abbaszadə əldə edib. İdmançı İstanbul şəhərində təşkil edilən yarışda millinin tərkibində Wako versiyasında vuruşub. 48 kq çəkidə qüvvəsini sınayan gəncəli kikboksinqçi yeniyetmələr arasında bütün rəqiblərini məğlub edərək qitə birinciliyinin qalibi olub.
Yaşar İsgəndərovun digər yetirmələri 27-ci Azərbaycan çempionatında fəxri yerlər tutublar. 3 döyüşçü fəxri kürsüyə qalxıb. Kadetlərin yarışında 69+kq Vüqar Məmmədzadə qızıl, 37 kq-da Nuran Rzazadə və 30 kq çəkidə Murad İbrahimov gümüş medala yiyələniblər.
İdmançıların məşqçisi Yaşar İsgəndərov yetirmələrinin nəticələrindən razı olduğu deyib. Ancaq gələcəkdə onlardan daha böyük nailiyyətlər gözlədiyini də gizlətməyib.
Gəncəli kikboksinqçilər qarşıdakı məsul yarışlara hazırlaşırlar.
Orxan Cəfərzadə
- Baxış: 256