• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 13.10.2023 11:28

Füzulidə mina hadisəsi baş verib, ölən və xəsarət alan var

KepezTV Player

2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə tank əleyhinə mina partlayışı nəticəsində “Qazel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub. “KamAZ” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu isə xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi və ANAMA məlumat yayıb. Azərbaycan Minatəmizləmə Agentliyi bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.