• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 12.10.2023 08:57

Yataqxanada yanğın zamanı 5 nəfər ölüb

KepezTV Player

Hacıqabulun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olub. FHN-nin əməkdaşları hadisə yerinə cəlb olunub. Alov söndürülüb. Hadisə nəticəsində yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və 13 yaşlı bacısı Zəhra Sadıqova yanaraq ölüblər. Daha 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.