• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1776
— 11.10.2023 14:44

XİN: Ermənistan siyasi manipulyasiyalardan əl çəkməyib

KepezTV Player

Ermənistanın baş naziri Nikol Paşinyanın Birinci Kanala müsahibəsi zamanı Azərbaycana qarşı səsləndirdiyi bir sıra iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini açıq-aşkar göstərir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. "Azərbaycanın guya Avropa Siyasi İcmasının Qranada görüşündə iştirakdan imtina etməsinin səbəbinin Azərbaycanın sülhə hər vəchlə mane olması kimi qələmə verən Ermənistan tərəfinə ötən ilin dekabr ayından etibarən Ermənistanın heç bir səbəb olmadan müxtəlif platformalarda iştirakdan yayındığı faktlarını xatırlatmaq istərdik. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir.", - deyə nazirlikdən qeyd edilib.