• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1994
— 09.02.2018 13:24

Qohumlar əlbir olub silsilə oğurluq etdilər

KepezTV Player

Qusar Rayon Polis Şöbəsinə Kuzunqışlaq kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı mağazadan 700 manat pul, 1ədəd kompyuter, 1 ədəd printer, 1 ədəd markalı mobil telefon, 91 qutu müxtəliv növ tütün məmulatı və ərzaq məhsullarının oğurlandığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şühbəli bilinən 3 nəfər saxlanılıb. Onlar əvvəllər məhkum olunan - Xaçmaz rayon sakini Saleh Osmanov, Xudat şəhər sakinləri İsmayıl Həsənov və Mirzağa Cəlilovdur. Saxlanılan şəxslərin üzərindən metal linglər, qara maska və əlcək aşkar olunub.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayətlərinin də üstü açılıb.

Dəstə üzvlərindən oğurladıqları əşya, texniki vasitələr, ərzaq və digər məmulatların bir hissəsi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.Qeyd olunan faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı