• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2085
— 09.10.2023 15:23

"Gürcüstan və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir"

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı görüşüm oldu. Gürcüstan və Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, həmçinin iqtisadi artımın gücləndirilməsinə xüsusi diqqət yetirirlər. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sosial şəbəkə hesabında yazıb. Hökumət başçısı qeyd edib ki, xalqların mənafeyi naminə Gürcüstan və Azərbaycan ticarət, enerji, infrastruktur, davamlı inkişaf üçün potensial birgə layihələrin müəyyənləşdirilməsi üzərində işləyirlər.