• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 09.10.2023 11:26

Xanlar Vəliyev: Hərbi cinayətlər azalıb

KepezTV Player

Hərbi cinayətlər azalıb. Bu barədə Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib. 2022-ci ilin birinci yarımili ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 20 faiz, qəsdən adam öldürməyə cəhd cinayətləri 66,7 faiz, özünü öldürməyə cəhd hadisələri isə 75 faiz azalıb. Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti bundan sonra da uğurla davam etdiriləcək.