KepezTV Player
Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş istefa verib. Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, 71 yaşlı mütəxəssis UEFA Konfrans Liqasının qrup mərhələsində İsveçrə təmsilçisi “Luqano”ya İstanbuldakı 2:3 hesablı məğlubiyyətdən sonra bu qərara gəlib. O, klubun prezidenti Ahmet Nur Çebi ilə görüşərək, istəyini bildirib. Rəhbərlik isə bunu müsbət cavablandırıb. Şenol Günəş 2022-ci ilin oktyabrında “Beşiktaş”ın “sükanı arxasına" keçmişdi.
- Baxış: 243