KepezTV Player
Gəncə-Daşkəsən Regional İdman İdarəsi tərəfindən müxtəlif yarışlarda yüksək nəticə göstərən idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Kikboksinq, parataekvando və fiziki məhdudiyyətli idmançıların nailiyyətləri yüksək qiymətləndirilib, onlara gələcək yarışlarda daha böyük uğurlar qazanmaları arzulanıb. Eyni zamanda şəhərdə paraolimpiya və fiziki məhdudiyyəti olan şəxslərin yaxşı şəraitdə məşq keçmələri və sözügedən növlər üzrə Nizami yurdunda yarışların təşkil olunması ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda ayrı-ayrı turnirlərdən Gəncəyə medalla dönən idmançılara idarə tərəfindən təşəkkürnamələr təqdim olunub.
- Baxış: 407