• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 05.10.2023 13:29

Ombudsman Aparatı: "Ermənistanda revanşist ideyaların təbliği narahatlıq doğurur"

KepezTV Player

Erməniəsilli sakinlərin hüquqlarının təmini və reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin sürətli addımlar atması fonunda Ermənistanda bəzi dairələr tərəfindən revanşist ideyaların təbliği və Azərbaycanofobiya siyasətinin davam etdirilməsi narahatlıq doğurur. Bu barədə Ombudsman Aparatı məlumat yayıb. Qeyd olunub ki, insanların hüquq və azadlıqlarının səmərəli təmini və sülh prosesinin dəstəklənməsi naminə bu cür nifrət motivli təbliğatın qarşısı alınmalıdır.