Bütün idman növlərində maddi-texniki baza vacib rol oynayır. Çünki təminatı yüksək səviyyədə təşkil edilən bazada hazırlıq keçən idmançılar yarışlarda yüksək nəticə verirlər. Gəncədə yeni istifadəyə verilən boks zalı da bu məqsədə xidmət edir.
Daxili imkanlar hesabına yaradılan yeni zalın açılış mərasimində idman icmaiyyətinin nümayəndələri, valideynlər iştirak ediblər. Bu cür zalların uşaq, yeniyetmə və gənclərin yetişməsində böyük əhəmiyyət daşıdığı, uğura gedən yolun başlanğıcı olduğu diqqətə çatdırılıb.
Zalda dəri əlcək ustalarının yaxşı məşq etməsi üçün bütün imkanlar yaradılıb. Burada fəaliyyət göstərən trenajor zalı idmançıların yerində fiziki hazırlıqla məşğul olmasına şərait yaradacaq.
Zalın açılışı ölkənin ikinci böyük şəhərində boks növü üzrə kütləviliyə nail olmağa, eyni zamanda bacarıqlı idmançıları yetişdirməyə kömək edəcək.
Orxan Cəfərzadə
- Baxış: 357